BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 1 milyonluq oğurluğa görə məhkum olunan şəxs yenidən məhkəmə qarşısında

Bakıda oğurluqda təqsirləndirilən İsmayıl Qəhrəmanov və tanışı Kənan Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 20-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Qəhrəmanov 7 il 4 ay və Kənan Əliyev 7 il 29 gün müddətinə azadlıqdan məhrum edilib. Kənan Əliyev məhkəmə zalından həbs olunub.

 

İttihama görə, həmin şəxslər paytaxt ərazisində evlərin birinə daxil olaraq seyfi sındırmaq yolu ilə ümumlikdə 71854 manat pul oğurlayıblar.

 

Eyni zamanda İsmayıl və Kənan həmin mənzildən içərisində ümumilikdə 221 000 manat pul olan seyfi qırmağa çalışıblar. Lakin onlar istəklərinə nail ola bilməyiblər və ərazidən uzaqlaşıblar.

 

İstintaq orqanı İsmayıl Qəhrəmanovla Kənan Əliyevin barəsində Cinayət Məcəlləsinin külli miqdarda oğurluq və külli miqdardamiqdarda oğurluğa və maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırlatma: İsmayıl Qəhrəmanov 2016-cı ildə 1 milyon manat oğurlamaqda təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra azadlığa çıxmışdı.

 

Kamal Məmmədov

Tarix: 19 İyun 2023, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin