BURADA REKLAMINIZ OLA
BİLƏR

Adam öldürməkdə təqsirləndirilən şəxsin yenidən məhkəməsi başladı – 2 il 3 ay həbs...

Gəncə Apellyasiya Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən Elmar Əsgərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası iyulun 20-nə təyin edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Hökmə əsasən, ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin.

 

İttihama görə, Samux rayon sakini, 1998-ci il təvəllüdlü Elmar Əsgərov 2021-ci ilin avqustun 27-də Gəncə şəhərində 1983-cü il təvəllüdlü Sahib Abdullayevlə əlbəyaxa dava edib. E.Əsgərov onun başından vuran zaman yıxılaraq başı səkiyə dəyib və komaya düşüb. S.Abdullayev avqustun 29-da xəstəxanada ölüb.

 

Kamal Məmmədov

Tarix: 19 İyun 2023, 10:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin