BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfir: “Hazırkı qarışıq mənzərə və texnoloji inqilab media ilə bağlı dəyişikliyə də gətirib çıxarıb”

“Dünya nizamı dəyişib. Əvvəllər Şərq və Qərb təsəvvürü var idi. İndi isə vəziyyət elə yerdədir ki, hansı oyunçunun Qərbi və Şərqi təmsil etdiyi barədə təsəvvür dəyişib. Hazırkı qarışıq mənzərə və texnoloji inqilab media ilə bağlı dəyişikliyə də gətirib çıxarıb. Sosial media fonunda media anlayışı dəyişib. Sosial mediada hər birimiz jurnalist roluna girə bilərik. Bu baxımdan media savadlılığı vacibdir”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri Kristi Narinen jurnalistlər üçün "Media və hibrid təhdidlər" mövzusunda keçirilən təlimdə deyib.

 

Səfir Azərbaycana və digər dünya ölkələrinə qarşı hibrid təhdidlərdən danışıb: “Hibrid müdaxilə asan sezilmir. Əsas məqsəd ölkədə qəbul olunan iqtisadi, siyasi dəyişikliklərin gedişinə təsir göstərməkdir. Hibrid təhdid yaradan ölkələrin əsas məqsədi onların maraqlarına uyğun siyasi, strateji qərarlar verilməsidir. Buna hazırda əsas nümunə Ukrayna-Rusiya müharibədir. Ukraynada hibrid müharibə gedir. Azərbaycan və Finlandiya isə hazırda hibrid təsirə məruz qalır. Bütün dövlətlərdə vəziyyət yaxşı deyil. Yeni dünyanın nizamı onlara da çətinlik yaradır”.

 

Aytəkin Qardaşova

Tarix: 19 İyun 2023, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin