BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmyerlisini rüşvətə təhrik edən şəxslə bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində rüşvətə təhrik etmədə tərqsirlədirilən Məlik Məlikovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

 

İttihama görə, 1956-cı il təvəllüdlü Məlik Məlikov həmyerlisi, zərərçəkmiş Zamin Həsənovun (şərti) əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə ondan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında yüksək vəzifəli şəxs olan tanışına 3000 manat rüşvət vermək müqabilində onu həmin qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsinə xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verərək aldadıb.

 

Belə ki, o, Biləsuvar şəhərində zərərçəkmişdən ümumilikdə 2300 manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq edib.

 

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Məlik Məlikov 1 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 19 İyun 2023, 13:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin