BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehman Əhmədli tənqidlərə cavab verdi: "Al Paçino 29 yaşlı arvadından şübhələnib ki..."

Tanınmış meyxanaçı Mehman Əhmədli Space TV-nin efirində yeni yayıma başlayan “Meyxəbər” proqramının tənqid olunması, verilişdə xüsusən Al Paçinonun 83 yaşında ata olması barədə xəbərin müzakirəyə çıxarılmasının narazılıq yaratmasına münasibət bildirib.

 

M.Əhmədli Pravda.az-a açıqlamasında verilişin qısa vaxtda səs-küy yaratmasını müsbət qarşılayıb.

 

“Al Paçino ilə bağlı müzakirə bu barədə yayılan xəbərin ətrafında oldu. “Meyxəbər”in formatı belədir, dünyada və Azərbaycanda baş verən xəbərlər müzakirə olunur. 83 yaşında Al Paçino 29 yaşlı arvadından şübhələnib ki, uşaq məndən deyil. Biz də dedik ki, onun şübhələnməyə ixtiyarı var. Verilişin formatına uyğun gülüş yaratdıq. Belə bir veriliş əsasən Rusiya kanallarında olub, Rusiyada çox müsbət qarşılanıb. Maraqlıdır, Azərbaycanda eyni veriliş yaradılır, amma söz-söhbətə səbəb olur. Biz də əvvəlcə düşünmüşdük ki, görəsən, necə olar. Formata uyğun davranırıq. Axıra qədər elə bu cür də davam edəcək. Verilişi Vüqar Əbdülov, Oqtay Kamil, Rüfət Nasosnu və mən aparacağıq. Amma hər dəfə tanınmış adamlardan bir qonaq dəvət edə bilərik. Hər bir sahədən tanınmışları çağırıb onlarla da deyib-gülüb, zarafatlaşacağıq”, - meyxanaçı deyib.

 

M.Əhmədli İçərişəhərdə həmkarları Rüfət Nasosnu və Oqtay Kamillə birgə smokində çəkilən fotolarının tənqidlə qarşılanmasına, meyxanaçıdan daha çox opera ifaçılarına bənzədilmələrinə isə belə cavab verib: “Biz verilişi smokində aparmırıq. “Meyxəbər”in anonsu üçün çəkilişdə o cür geyinmişdik. Verilişin layihə rəhbərliyi belə məsləhət gördü. Proqram hələ cəmi bir dəfə yayımlanıb, bu qədər səs-küy yaranıb”.

 

Aytəkin Qardaşova

Tarix: 19 İyun 2023, 16:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin