BURADA REKLAMINIZ OLA
BİLƏR

İsti havalarda necə qidalanmaq lazımdır?

İsti havalarda həddindən artıq yağlı və şəkərli qidalar əvəzinə meyvə, tərəvəz, su və minerallarla zəngin qidalar daha uyğundur. Balıq, tərəvəz, meyvə və zeytun yağ ilə hazırlanmış salatlar ən yaxşı seçimlərdəndir. İsti havalarda tərləmə daha sürətli baş verdiyi üçün, su balansını təmin edəcək qatıq, ayran, və mineral su istehlakı da unudulmamalıdır. Qızardılmış, həddindən artıq yağlı yeməklərdənsə, buxarda bişirilmiş ət yeyilməlidir. Tərkibində omeqa-3 yağ turşuları olan balıq həftədə iki dəfə istehlak edilməlidir. Qan şəkərinin sürətlə yüksəlməsinə və düşməsinə səbəb olan yağlı, şəkərli, ağır desertlər yerinə dondurma və ya südlü desertlər istehlak edilməlidir.

 

İyunun ortalarına doğru günlər uzanır və günəş gec batır, ona görə də şam yeməyi çox gec olmamalıdır. Yatmadan 2 saat əvvəl yeyə bilərsiniz, ancaq bu çox yüngül formada olmalıdır Yayda şam yeməyi 20:00, ən geci 20:30-da bitməlidir.

 

İsti günlərdə kremli və mayonezli qidalardan uzaq durmaq lazımdır. Bu qidalar nəinki tez xarab olur, həm də gec həzm olunur. Lakin həddindən artıq yağlı desertlərə də üstünlük verilməməlidir.

 

Maye qəbulu vacibdir. Vücudumuzdan maye itkisi tər, tənəffüs, nəcis və sidiklə baş verir, ona görə də isti havada nəfəs almaq belə maye itkisinə səbəb olur. Gündəlik maye tələbatı metabolizmə uğrayan hər kalori üçün 1 ml-dir, yəni qadınlara orta hesabla 2000 kaloriyə 2000 ml (2 litr), kişilərə isə 2500 ml (2,5 litr), lakin idman edən birisinizsə hər yarım saata 1-2 stəkan su əlavə etmək lazımdır. Gündəlik 3 litr su maksimum ehtiyacımız olan mayedir. Susamağınızı gözləmədən su istehlak etməyi unutmayın. Su istehlak etməkdə çətinlik çəkirsinizsə, suya bir-iki damcı meyvə şirəsi və ya təzə meyvə dilimləri, nanə, limon və s əlavə edib içə bilərsiz. Soyuq bitki çayları, şəkər tozu istifadə olunmadan hazrlanan kompotlar, limonad, ayran, kefir də ən yaxşı seçimlərdəndir. Əgər sidiyiniz demək olar ki, rəngsizdirsə, maye qəbulu kifayətdir, tünd sarıdırsa, qeyri-kafidir.

 

Xəyal

Tarix: 19 İyun 2023, 17:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin