BURADA REKLAMINIZ OLA
BİLƏR

Müəllimlərin ölümünə səbəb olan sürücü məhkəmə qarşısında

Siyəzəndə yol qəzasında 3 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Vüqar Abdulaevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 19-na təyin edilib.

 

Qeyd: Hadisə bu il fevralın 18-i saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu kilometrliyində qeydə alınıb. 

 

“Mercedes-Benz Vito” markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan “Opel” markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

 

Qəza nəticəsində "Mercedes-Benz”də olan sərnişinlərdən - Bakı şəhər sakini İsmayılova Aygün Eldar qızı, Sumqayıt şəhər sakini Vəliyeva Aygün Vidadi qızı və “Opel Astra” markalı avtomobilin sürücüsü, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı dünyasını dəyişib, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

 

Hadisə zaman ölən sərnişinlər - 35 yaşlı Aygün İsmayılova ilə 39 yaşlı Aygün Vəliyeva Siyəzən rayonunun Məşrif kənd tam orta məktəbinin müəllimləri olub. Xəsarət alan şəxslər də müəllimdirlər.

 

Hadisədən sonra “Mercedes-Benz Vito”nun sürücüsü Vüqar Abdulaev cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 20 İyun 2023, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin