BURADA REKLAMINIZ OLA
BİLƏR

Vidadi Muradovun müsadirə olunmuş şirkəti ilə bağlı qərar qəbul ediildi

Bakı Kommersiya Məhkəməsində "Xalq Bank" ASC-nin "Azər İlmə" MMC-yə qarşı iddiasına baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əliyevamın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.

 

Xatırlatma: "Xalq Bank" ASC "Azər İlmə" MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Cavabdeh qismində Muradova Rahilə Cəbrayıl qızı və Muradov Aydın Vidadio oğlu göstərilir.

 

Qeyd: "Azər İlmə" MMC şirkəti “Azərxalça”nın sabiq sədri, ev dustaqlığında ölən Vidadi Muradova məxsus olub. 11 milyon dəyərində olan şirkət keçmiş sədr həbs edilən zaman müsadirə olunmuşdu.

 

Kamal Məmmədov

Tarix: 20 İyun 2023, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin