BURADA REKLAMINIZ OLA
BİLƏR

Maliyyə Nazirliyi Milli Hidrometreologiya Xidmətində aparılan yoxlamaların müddətini növbəti dəfə uzatdı

Maliyyə Nazirliyi Ekologiya və Sərvətlər Nazirliyinin Milli Hidrometreologiya Xidmətində aprel ayında başlatdığı 1 aylıq yoxlamaların vaxtını yenidən uzadıb.

 

Maliyyə Nazirliyindəki etibarlı mənbədən Pravda.az-a daxil olan məlumatda bildirilib ki, Hidrometreologiya Xidmətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin hesabatlılığı, quruma ayrılan vəsait hesabına alınan materiallar, ləvazimatlar, təchizat işlərinə xərclənən maliyyə və s. ciddi yoxlanılır.

 

Artıq 3-cü aya keçən yoxlamaların nə vaxt yekunlaşacağı isə məlum deyil.

 

Tomris

Tarix: 20 İyun 2023, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin