BURADA REKLAMINIZ OLA
BİLƏR

Xırdalanda anti-sanitar vəziyyət - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri Quşculuq yaşayış massivi, Vəli Axundov küçəsində anti-sanitar vəziyyət yaranıb.

 

Bu barədə Pravda.az-a sakinlət məlumat veriblər.

 

Bildirilib ki, ərazidəki zibil qutuları günlərlə təmizlənmir.

 

“İcra hakimiyyətinin “qaynar xətt”inə yığdıq, dedilər, biz baxmırıq. Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi ilə əlaqə saxladıq, cavab vermədilər. İdarə Müdiri Mehman Səfərovdur. Bir sözlə, ərazi ilə maraqlanan yoxdur”, - qeyd olunub.

 

O da bildirilib ki, bir neçə gün əvvəl zibillər toplanaraq yandırılıb, nəticədə alov ətrafı bürüyüb, avtomobillərə təhlükə yaranıb, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.

 

Fotoları təqdim edirik
Tarix: 20 İyun 2023, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin