BURADA REKLAMINIZ OLA
BİLƏR

“Akkord General Construction”dan şikayət edildi

"Most Company" MMC “Akkord General Construction” MMC ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, "Most Company" MMC alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: İddialara görə, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.

 

Kamal Məmmədov

Tarix: 20 İyun 2023, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin