BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrov: NATO Ukraynadakı münaqişəni dondurmaq istəmirsə, “döyüşsün”

“NATO Ukraynadakı münaqişənin dondurulmasının əleyhinədirsə, deməli, onlar döyüşmək istəyirlər. Yaxşı, “döyüşsünlər"”.

 

Pravda.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

 

"Biz Ukrayna ətrafında yaranmış vəziyyətdə NATO-nun məqsədlərini çoxdan anlayırıq. Onlar Rusiyaya qarşı müharibə aparmadıqlarını bəyan etsələr də, əslində, Ukraynaya silah verməsələr, kəşfiyyat məlumatları ötürməsələr, Ukraynadakı vəziyyət çoxdan başa çatmışdı. Qərbin bu davranışı Rusiyaya qarşı elan edilmiş hibrid müharibənin birbaşa iştirakçısı olduqlarının etirafıdır”.

 

Qeyd: İyunun 19-da NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın Rusiya-Ukrayna müharibəsinin dondurulmasının əleyhinə olduğunu bildirib.

 

Xəyal

Tarix: 20 İyun 2023, 17:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin