BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda taksi sürücüsü avtomobili teleaparıcının üzərinə sürdü, ATV-nin mühafizə xidməti müdaxilə etdi

“Bolt”la işə gəlirəm, 4 manat gediş haqqı yazıb. ATV-yə çatanda 5 manat verdim. Dedim zəhmət olmasa 4 manat çıxın. Şoferin  xoşuna gəlmədi nəsə. Başladı kobudluq etməyə. Nə qədər çıxmalı idim ki? Deyirəm, 4 manat yazıb, mən də deyirəm 4 manat çıxın da. Deyir, bilirəm  də 4  manatdır. Görmürəm? Düzü bu hikkəni anlamadım. Adətən hansısa məbləği uzadırıq və deyirik, filan qədər çıxın. Bu cür insanlarla uzun deyişmədən də qaçdığım üçün söhbəti uzatmadım. Düşdüm. Sadəcə dedim ki, bu nə danışıq tərzidir. Belə xidmət olmur...

 

Pravda.az-ın xəbərinə görə, bunu teleaparıcı Günay Yelmarqızı bildirib.

 

“Maşının arxasından keçəndə üzərimə sürdü maşını arxada olduğumu bilə-bilə. Maşını vururam ki, nə edirsiz arxadan keçirəm. Yenə dayanmır. ATV mühafizə xidməti belə bunu hiss etdi və çıxıb irad bildirdi. Ondan sonra başlayıb mənə qışqırıb günakar çıxarmağa, mühafizə xidmətilə dilləşməyə. Baxdım və düşündüm ki, bu adamın ən böyük cəzası elə bu tərbiyədə və xarakterdə olmasıdır. Ona görə nömrəsin paylaşıb şikayət etmədim. Onu qurban edirəm içimdəki insanlıq duyğusuna. Sadəcə, bölüşürəm nümunə olsun başqa sürücülərə. Adətən ödənişi tam verirəm hər zaman. Heç vaxt qəpik qalığı almıram. Hətta 3 manat 5 qəpik və ya 10 qəpik olsa belə 4 manat ödəyirəm. Amma görünən odur ki, bəziləri buna layiq deyil”, - o qeyd edib.

Tarix: 20 İyun 2023, 17:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin