BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağstafada 19 il əvvəl qadını öldürən şəxsin məhkəməsinə bu tarixdə baxılacaq

Ağstafada 19 il əvvəl qadını öldürməkdə təqsirləndirilən Dursun Nəbiyevin cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses iyulun 4-nə təyin edilib.

 

Cinayət işi hakim Faiq Mahmudovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Ağstafa rayonu, Poylu kəndi ərazisində naməlum qadın meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və iş üzrə 1981-ci il təvəllüdlü Dursun Nəbiyev təqsirləndirilən şəxs qismində cəlb olunub.

 

İstintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin Ağstafa rayon sakini 1973-cü il təvəllüdlü Brilyant Kosayeva olması müəyyən edilib.

 

Xatırlatma: Dursun Nəbiyev 2006-cı ildə 2 nəfəri qətlə yetirib və 16 il həbs cəzası alıb. O, 2022-ci ilin avqustunda azadlığa buraxılıb.

 

Kamal Məmmədov

Tarix: 21 İyun 2023, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin