BURADA REKLAMINIZ OLA
BİLƏR

"Moyka"da restoran inzibatçını bıçaqlayan şəxs azadlığa buraxıldı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əliəkbər Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal həbsdən azad olunub.

 

İttihama görə, hadisə 20 iyul 2022-ci il tarixdə, saat 14 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən avtoyuma (“Moyka”) məntəqəsində qeydə alınıb.

 

Belə ki, 1990-cu il təvəllüdlü Əliəkbər Quliyev işlədiyi avtoyuma məntəqəsində olan zaman zərərçəkmiş, eyni şəxsə məxsus “Qədim şəhər” restoranının inzibatçı Ramil Hümbətov onun yanına gələrək işlərə qarışıb və onların arasında mübahisə yaranıb. Həmin zaman zərərçəkmiş şəxs Əliəkbərin ünvanına nalayiq söyüşlər söyüb. Daha sonra o, mətbəx bıçağı ilə Ramilin qarın nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 21 İyun 2023, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin