BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qonşusunu uşağının gözü qarşısında döyən şəxsə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu döyməkdə təqsirləndirilən Elməddin Göyüşovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 

İttihama görə, hadisə 12 iyul 2021-ci il tarixdə, saat 21 radələrində paytaxtın Sabunçu rayonu, Savalan qəsəbəsində qeydə alınıb.

 

Belə ki, zərərçəkmiş Emil Valehov (soyadı şərti) Elməddin Göyüşovun yaşadığı evinə gələrək, təqsirləndirilən şəxsin qeyri-rəsmi nikahda olduğu qadının evin həyətlərində mütəmadi səs-küy saldığından irad tutub. Elməddin zərərçəkmiş şəxsə uca səslə nalayiq sözlərlə təhqir edib. Daha sonra o, Emilin yumruqla çənə nahiyəsindən zərbələr endib.

 

Bundan başqa, Elməddin zərərçəkmişin yetkinlik yaşına çatmayan uşağının gözü qarşısında naməlum bərk predmetdən istifadə etməklə alın nahiyəsindən zərbə vurub.

 

Kamal Məmmədov

Tarix: 21 İyun 2023, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin