Zaqatala rayonunda sahibsiz itlərin güllələnməsi ciddi narazılıq yaradıb. Canlılarla bu cür rəftar edilməsinə etirazını bildirənlər çoxdur, amma bəzi şəxslər məsələni dinlə də əlaqələndirir. Bildirilir ki, İslam dini canlılara qarşı mərhəmətli olmağı tövsiyə edir, lakin bəzi hallarda itləri öldürmək icazəlidir. Müzakirələr zamanı “qara iti harada görsəniz, öldürün, çünki o şeytandır” deyənlər də olub. Bəziləri isə bildirirlər ki, evdə it saxlamaq olmaz, it saxlanılan evə mələklər gəlmir. Qeyd olunub ki, itin gecə hürməsi isə onun şeytan gördüyü anlamındadır, eyni zamanda iti pulla satmaq və ya almaq olmaz, İslam dininə görə, yalnız ov, mühafizə, axtarış tədbirlərində itlərdən istifadə etmək icazəlidir...
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev isə deyib ki, qara itlərin öldürülməsinin dinlə heç bir bağlılığı yoxdur.
“Hədislərdə bildirilib ki, məscidlərin qapısını açıq qoymayın, ora itlər girməsin. İtin məscidə girməsi haramdır. İtin öldürülməsi haqqında isə İslam dinində, yaxud 200 səhih hədisdə heç bir söhbət getmir. “Qurani-Kərim”də heyvanların öldürülməsinə yalnız insanların yemək tələbatını ödəmək üçün razılıq verilib. Bu isə qədərində deyilib, ifrata varmadan, nə qədər ehtiyac varsa, o qədər kəsmək, yemək lazımdır. Heyvan kəsməyin də müəyyən şərtləri var. Heyvanlar kəsildikləri zaman əziyyət hiss etməməlidirlər. Bu məsələ xırdalıqlarına qədər hədislərdə və “Qurani-Kərim”də izah edilib. Niyə qara itlər öldürülsün, ağ itlər yox? Bu, tamamilə dinimizə əks olan bir şeydir, ən böyük günahlardan biridir”, - o deyib.
R.Əliyev itlərin evdə saxlanılması məsələsinə də toxunub: “Ümumiyyətlə, indi bütün heyvanları evdə saxlayırlar. Müsəlman adətlərinə görə, itlər çöl heyvanlarıdır, onları evdə saxlamaq olmaz. Bəli, bu qadağa var, çünki itlərə nə qədər yaxşı baxsaq da, yaxın münasibət göstərsək də, bəziləri hətta itlərlə bir stolda çörək yesə də, itlər insanlar üçün murdar hesab olunur. Buna görə də çöldə qalmalıdırlar. İtləri evdə saxlayan adamlar da hiss etməlidirlər ki, bu heyvanların həmişə hərəkətdə olmaları vacibdir. Əslində, evdə saxlanılan itlər öz azadlıqlarından məhrum olurlar. İt cəmi üç saat çöldə olur. Gündə iki dəfə itləri gəzdirirlər ki, əzələləri hərəkətə gəlsin, sonradan yerimə problemləri olmasın. Bu heyvanın bütün gün gözü qapıdadır. Kim çölə çıxmaq istəsə, onun yanında qaçıb çölə çıxmaq istəyir. Dustaq şəklində onları evdə saxlayırlar, oyuncaq kimi. Çöl heyvanlarını evdə saxlamaq əslində bu heyvanların hüquqlarını pozmaq deməkdir. Pişik, it ev heyvanı deyil. Bizdə ev heyvanı yoxdur, həyət heyvanı var. Elə bilirlər ki, iti evdə saxlamaqla ona yaxşılıq edirlər, əslində onu ev dustağı edirlər...”
R.Əliyev itlərin pulla satın alınması, itin gecə hürərkən şeytan görməsi məsələsinə isə belə cavab verib: “Bu da yalandır, xurafatın ən böyük nümunələrindən biridir. Gecələr it də hürür, qaz da qışqırır. Onsuz da şeytanlar hamısı yaxınımızdadır. İt görürsə, biz də şeytan görə bilərik. Ramazan ayında belə bir şeir yazmışdım:
Şeytan: “Öyrənmisiniz, deyəsiniz “şeytana lənət olsun”,
Kim görüb ki, dünyada şeytansız millət olsun?
Allah məni yaradıb, qol da çəkib əmrimə,
Damazlıqdan qalanı töküb insan xəmirinə...
Deyirlər ki, qara qarğa, vəhşi donuzlar və bəzi heyvanlar şeytanın bir formasıdır. Əslində hərənin damazlığında elə şeytandan bir az var. İtə, pişiyə, yaxud başqa heyvanlara belə münasibət düzgün deyil, bu, İslama zərərli münasibətdir. Bəli, quduz, sahibsiz itlər var. Bəzi yerlər açılır, onları öldürülməsinlər deyə aparıb ayrıca saxlayırlar. Amma əslində, şəhərin təsərrüfat işləri ilə məşğul olanlar şəhərdəki itlərin əksəriyyətini güllə ilə vururlar, yaxud yatırdırlar, aparıb şəhərdən kənarda basdırırlar. Elə edirlər ki, o itlər şəhərdə camaat üçün təhlükə yaratmasın. Məsələn, şəhərdə it gəzdirənlər ağızlıqdan istifadə etmirlər. Həyətdə gəzəndə görürəm, hərənin böyründə bir it... Biri qucağına alıb pişik gəzdirir, biri meymun gəzdirir, o, bunu öpür, bu, onu öpür... Başa düşə bilmirəm, itlərlə, pişiklərlə niyə belə çox isti münasibətləri var. O qədər əzizləməli, qayğısına qalmalı insanlar var ki... Onları da nəzərə almaq lazımdır”.
Aytəkin Qardaşova
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
Ən son xəbərləri səhifəmizdən də izləyin