BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirvanda körpə küçəyə atıldı

Şirvanda küçədən yeni doğulmuş körpə tapılıb.

 

Pravda.az-ın verdiyi xəbərə görə, noyabrın 28-də saat 18.20 radələrində, rayonun Leytenant İbrahimov küçəsi, 18  mənzil 2 ünvanında yerləşən mənzilin qapısından, yun parçaya bükülmüş və sellofan torbaya qoyulmuş halda uşaq aşkar edilib.

 

Hadisə barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları tərəfindən tapılmış uşaq Şirvan doğum evinə təhvil verilib. Həkimlərin rəyinə görə, uşaq təxminən 2-3 gün əvvəl doğulub. Çəkisi 2,4 kiloqram, cinsi qız, təxminən 36 həftəlik hamiləlikdən sonra dünyaya gəlib. O da qeyd edilir ki, uşağın göbəyinin qeyri-peşəkar kəsilməsindən aydın olur ki, körpə tibb müəssisəsində doğulmayıb. Uşağa həkimlər tərəfindən  bütün yardımlar edilib. Körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

 

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.APA

Tarix: 29 Noyabr 2019, 14:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin