Reklam

Diqqət: Yağış yağacaq

Aprelin 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 7-9° isti, gündüz  10-13° isti olacaq. Bakıda  gecə 7-9° isti, gündüz  11-13° isti olacaq. Atmosfer  təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək

 

Nisbi rütubət 75-85 % olacaq.

 

Azərbaycanın rayonlarında - bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə  6-9° isti, gündüz  12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  0-5° isti olacaq.

Tarix: 22 Aprel 2020, 13:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin