BURADA REKLAMINIZ OLA
BİLƏR

"OBA Market" istehlakçıların hüquqlarını pozduğuna görə cərimələndi

Abşeron Rayon Məhkəməsində “OBA Market” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, MMC-yə inzibati tənbeh tətbiq edilib.

 

Qeyd: "OBA Market" MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 447.0.1-ci (İstehlakçıların hüquqlarının pozulması, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə inzibati protokol tərtib edilmişdi.

 

Kamal Məmmədov

Tarix: 22 İyun 2023, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin