BURADA REKLAMINIZ OLA
BİLƏR

"Siyəzən Broyler"in pulu mənimsənildi

"Siyəzən Broyler" ASC-yə qarşı külli miqdarda mənimsəmə olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ziya Qurbanov şirkətinin pulunu mənimsəmə yolu ilə ələ keçirib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

 

Artıq cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 22 İyun 2023, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin