BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə tanışını öldürən şəxs şikayətini geri götürdü

Ali Məhkəmədə Gəncə şəhərində qətl törətməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Elçin Əliyevin kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

 

Qeyd: 2021-ci il noyabrın 8-də Samux-Gəncə avtomobil yolunun kənarında Gəncə şəhər sakini Ayxan Məmmədov öldürülüb.

 

Müəyyən edilib ki, onu tanışı Elçin Əliyev bıçaqla qətlə yetirib.

 

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 22 İyun 2023, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin