BURADA REKLAMINIZ OLA
BİLƏR

"Elə söyüşlər yazırlar ki..." - Mehriban Xanlarova Afaq Bəşirqızını müdafiə etdi

“Əskim tüstülüdür. Bir söz deyirəm, o dəqiqə hamı sözlərimi təhrif edib, özünə sərf edən şəkildə müzakirə etməyə başlayır. Amma birmənalı şəkildə sevimli sənətkarımız Afaq xanımın tərəfindəyəm”.

 

Pravda.az-ın xəbərinə görə, bu sözləri Əməkdar artist Mehriban Xanlarova deyib.

 

Sənətçi bir neçə gün öncə ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişinin canlı efirində Xalq artisti Afaq Bəşirqızının telefonda işlətdiyi qeyri-etik ifadələrə bu cür münasibət bildirib:

 

“Sosial şəbəkələri açırsan, hamı baltanı əlinə alıb. Bilib-bilmədən tənqid bir yana, təhqir edirlər. Elə söyüşlər yazırlar ki...Özləri hansı tərbiyədən, əxlaqdan, vicdandan danışırlar? Sosial şəbəkə izləyiciləri elə biədəb sözlər yazıblar ki, mən o sözləri dilimə gətirməyə utanıram. Bəsdirin, yetər artıq!

 

Kimin ixtiyarı var ki, xalqın sevimli sənətkarını gözdən salıb, nalayiq ifadələrlə təhqir etsin? Siz axı kimsiniz? Tənqid edə bilərsiniz, amma bir insanı bu dərəcədə təhqir etməyə icazə verilməyib. Ucundan tutub ucuzluğa gedirlər. Ar olsun sizə! Afaq xanım görkəmli sənətkarımızdır. Ən azından yaşına hörmət etməyi bacarın!”Oxu.az

 

 

Tarix: 22 Aprel 2020, 14:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin