BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını, qayınanasını və onun qardaşını bıçaqlayan şəxsdən xəbər var

Yevlaxda arvadını, qayınanasını və onun qardaşını bıçaqlamaqda təqsirləndirilən Səbuhi Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Xaliq Məmmədovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu il martın 11-i saat təxminən 13 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsi ev 48 saylı evdə qeydə alınıb. Belə ki, Həsənov Səbuhi Zahid oğlu arvadı Həsənova Nazənin Arzu qızı ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. Bu zamanı o, orada olan qadımın qardaşı Ümid Bağırovu bıçaqla qarın nahiyəsindən vurub. Bundan başqa, Səbuhi Həsənov Həsənova Nazənin Arzu qızına, ona anası Bağırova Vüsalə Sabir qızına isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Fakta görə Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi  ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 23 İyun 2023, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin