BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibkarı döydüklərinə görə elektron qolbaq taxılan ata-oğulla bağlı QƏRAR

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Mahir və onun oğlanları - İlkin, Ümid Quliyevlərin (hər üçü şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.

 

Ağdaş Rayon Məhkəməsinin hökmü ilə Mahir və İlkin Quliyevlər azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Ümid Quliyevin isə aylıq qazancından iyirmi faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum olunub. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəssini alanadək gücündə saxlanılsın. İttihama görə, hadisə 20 mart 2022-ci il tarixdə, saat 21:20 radələrində Ağdaş şəhəri, Padar küçəsində yerləşən ərzaq mağazasında qeydə alınıb. Belə ki, iş üzrə zərərçəkmiş qismində tanınan Qərib Həsənov (şərti) Mahir Quliyevə  zəng edib. Bu zaman telefonu onun oğlu Ümid götürüb. Sahibkar Ümidə atasının mağazaya 100 manat borcu olduğunu deyib və həmin pulu niyə qaytarmadığını soruşub. Daha sonra Mahir Quliyev Qəribin mağazasına gedib. O, niyə zəng edib borcunu istədiyini soruşub. Bu zaman tərəflər arasında mübahisə yaranıb və Mahir zərərçəkmişin ünvanına nalayiq ifadələr işlədərək uzaqlaşaraq gedib. İttihamda qeyd olunub ki, Mahir bir neçə dəqiqə sonra oğlanları İlkin və Ümidlər birgə mağazaya qayıdıb və zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədib. Daha sonra ata və oğlanları Qəribə qarşı zor tətbiq edərək onun baş və bədənin müxtəlif nahiyələrinə yumruq, təpik zərbələri ilə vurub. Beləliklə həmin şəxslər Qərib Həsənovun sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib. Onlar zərərçəkmişin 100 manat məbləğində əmlakın ziyanı vuraraq xuliqanlıq ediblər. Zərərçəkmişin şikayəti əsasında saxlanılan Mahir və onun oğlanları - İlkin, Ümid Quliyevlər barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onlar barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov

Tarix: 23 İyun 2023, 08:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin