BURADA REKLAMINIZ OLA
BİLƏR

"MAN" markalı yük avtomobilləri və avtobuslarının Azərbaycandakı rəsmi distribütoru cərimələndi

“İmprotex Trucks and Buses” MMC-nin barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İddia hakim Babək Pənahovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası iyunun 24-nə təyin edilib.

 

Qeyd: Bu şirkət "MAN" markalı yük avtomobilləri və avtobuslarının Azərbaycanda rəsmi distribütorudur.

 

Kamal Məmmədov

Tarix: 23 İyun 2023, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin