BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputata məxsus olduğu deyilən mebel istehsal edən şirkətin "Fasad-F"-ə qarşı iddiası davam edir

Bakı Kommersiya Məhkəməsində "Embawood" MMC-nin "Fasad-F" QSC-yə qarşı iddia üzrə məhkəmə iclası davam etdirilir.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nərmin Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası iyulun 11-nə təyin edilib.

 

Qeyd: "Embawood" MMC "Fasad-F" QSC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. "Embawood"un Milli Məclisin deputatı Məşhur Məmmədova məxsus olduğu bildirilir.

 

Kamal Məmmədov

Tarix: 23 İyun 2023, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin