BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobillə piyadanı vuraraq öldürən şəxs məhkəmə qarşısında

Bakıda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Sətdər Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu ilin fevralında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Sətdər Əlizad oğlu Həsənov etibarnamə ilə idarə etdiyi "Ford Transit" markalı avtomobillə piyada 1990-cı il təvəllüdlü Elşən Məhəddin oğlu Şükürovu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, edilən tibbi yardımlara baxmayaraq ölüb.

 

Kamal Məmmədov

Tarix: 24 İyun 2023, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin