BURADA REKLAMINIZ OLA
BİLƏR

MTK ilə "Azərişıq" ASC-nin məhkəmə çəkişməsi

Bakı Kommersiya Məhkəməsində "Tac Mahal" MTK-nın "Azərişıq" ASC-yə qarşı iddia üzrə məhkəmə çəkişməsi davam edir.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası iyulun 26-na təyin edilib.

 

Qeyd: "Tac Mahal" MTK "Azərişıq" ASC-ni məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - istehlak edilmiş elektrik enerjisinin haqqının ödənilməsi üzrə tələb irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 24 İyun 2023, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin