BURADA REKLAMINIZ OLA
BİLƏR

“Aqro Kompleks Qəbələ” şirkətinə qarşı iddia ilə bağlı QƏRAR

Bakı Kommersiya Məhkəməsində "Azaqrotexnika" MMC-nin “Aqro Kompleks Qəbələ” MMC-yə qarşı iddiasına baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, iddia qismən təmin edilib.

 

Xatırlatma: "Azaqrotexnika" MMC "Aqro Kompleks Qəbələ” MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Qeyd edək ki, "Azaqrotexnika" MMC (VÖEN: 1100889961) 20.02.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi İlkin Allahverdiyev Sadəddin oğludur. Hüquqi ünvanı Az1063, Bakı Şəhəri Qaradağ Rayonu, Lökbatan Ştq, Keçid 1594 (Lökbatan), ev 36, m. 49-da yerləşir. "Aqro Kompleks Qəbələ" MMC (VÖEN: 1402085431) isə 14.09.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 29 369 470 manatdır. Qanuni təmsilçisi Mahir Bayramov Saday oğludur. Hüquqi ünvanı Az1014, Bakı Şəhəri Nəsimi Rayonu, Bülbül Pr., ev 30, m. 11-də yerləşir.

 

Kamal Məmmədov

Tarix: 24 İyun 2023, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin