BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubernator: “Hərbi texnikanın yerləşdirilməsi ilə bağlı xəbərlər əsassızdır”

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bölgədə hərbi texnikanın yerləşdirilməsi ilə bağlı xəbərlərin əsassız olduğunu bildirib.

 

Pravda.az xəbər verir ki, A.Qusev bu barədə Teleqram kanalında yazıb.

 

O əlavə edib ki, Rusiya qanunvericiliyində yalan məlumatın yayılmasına görə məsuliyyət nəzərdə tutulur.

 

"Sosial şəbəkələrdə guya Voronej vilayətində hərbi texnikanın hərəkəti ilə bağlı çoxlu yalan məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir” – o əlavə edib.

 

Xatırlatma: “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

 

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

 

Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.

 

Xəyal

Tarix: 24 İyun 2023, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin