BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN "Araz Supermarket"ə cərimə protokolu yazdı

"Araz Supermarket" MMC barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

 

İş hakim Asif Əliyevin icraatına verilib.

 

Məhkəmə iclası iyulun 3-nə təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 24 İyun 2023, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin