BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu aksiya keçirən feministlərə: “Düz edib hamısını tutublar, Amerika ərazisində onun icazəsi olmadan heç nə edə bilməzsən...”

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu iyunun 23-də Amerikanın Müstəqillik Günü ilə bağlı rəsmi tədbirdə aksiya təşkil edən bir qrup feministi polisə təhvil verdiyi üçün ABŞ səfirliyinin tənqid olunmasına münasibət bildirib.

 

N.Cəfəroğlu Pravda.az-a açıqlamasında deyib ki, bu cür rəsmi tədbirlərdə heç bir aksiyanın yeri olmamalıdır.

 

“Bilirsiniz ki, səfirliyə daxil olanda səfirlik hamını necə yoxlayır. Çünki orada İrandan gələn adamlar ola bilər, elə adamlar ola bilər ki, təxribat törətsinlər, onların çıxışlarından hansısa məqsədlə istifadə etsinlər. Yəni səfirlik qapalı ərazidir. Ora Amerikanın ərazisi sayılır. Sən Amerika ərazisində onun icazəsi olmadan heç nə edə bilməzsən. Bu, qanundur, hər yerdə yazılan qanun! O qızların ABŞ səfirliyində fləşmob təşkil etmələri, jurnalistin çəkiliş etməsi... Heç orada şəkil çəkməyə belə icazə vermirlər. Bu, ABŞ-ın qanunudur - mənim ərazimdə məndən icazəsiz heç nə edə bilməzsiniz. Ona görə də ABŞ səfirliyinin aksiyaçılara qarşı davranışı tam demokratikdir. Düz edib hamısını tutublar, düz edib polisə təhvil veriblər. Hesab edirəm, Amerikanın addımı doğru idi. İcazə istəyərdin, sonra aksiya keçirərdin”, - N.Cəfəroğlu bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 24 İyun 2023, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin