BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məktəbə müəllim kimi işə düzəldəcəyi vədi verən şəxsə cəza verildi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Rəfayıl Qasımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, 1961-ci il təvəllüdlü Rəfayıl Qasımov özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.

 

Belə ki, o, zərərçəkmiş K.Hüseynovaya cinayətkar niyyətindən xəbərsiz olan Bakı şəhəri 34 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan qohumunun vasitəsi ilə müəllim kimi işə düzəldəcəyinə dair yalan vəd verib. Rəfayıl Qasımov bu adla zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək 05 yanvar 2021-ci il tarixdə qadının yaşadığı Nizami rayonu ərazisində yerləşən evində 15 000 manat pulu alaraq dələduzluq edib.

 

Rəfayıl Qasımovun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 25 İyun 2023, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin