BURADA REKLAMINIZ OLA
BİLƏR

"Baku Polygraphy" şirkəti ilə bağlı məhkəmə qərarı açıqlandı

Nəsimi Rayon Məhkəməsində "Baku Polygraphy" MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, MMC-yə inzibati tənbeh tətbiq edilib.

 

Qeyd: "Baku Polygraphy" MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Kamal Məmmədov

Tarix: 25 İyun 2023, 10:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin