BURADA REKLAMINIZ OLA
BİLƏR

Pivə içdikdən sonra küçədə müştərini bıçaqlayan şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fərrux Həsənovun (soyadı şərti) barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilib. Fərrux Həsənov məhkəmə iclas zalından həbs olunub.

 

İttihama görə, 19 oktyabr 2022-ci il tarixdə, saat 02:30 radələrində paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Qartal” kafesinin yaxınlığında qeydə alınıb.

 

Belə ki, Fərrux Həsənov həmin kafedə müştəri qismində olduğu zaman obyektin işçisi ona yaxınlaşaraq iş vaxtının gec olduğunu, kafenin bağlandığını deyib. Bu zaman kafenin digər müştərisi Elvin Alimov (soyadı şərti) söhbətə müdaxilə edib, ondan kafeni tərk etməsini kobud formada tələb edib. Daha sonra onlar kafedən küçəyə çıxıblar, mübahisəni orada davam etdiriblər və əlbəyaxa olublar. Bu zaman Fərrux üzərində olan cib bıçağı ilə Elvinin bədənindən bir dəfə qəsdən vuraraq, ona xəsarət yetirib.

 

Məhkəmə iclasında Fərrux Həsənov ona elan olunmuş ittihamda özünü təqsirli bilib. O ifadəsində deyib ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində kirayədə yaşayır, fərdi evlərdə ev təmiri ustası kimi fəaliyyət göstərərək ailəsini dolandırır.

 

Kamal Məmmədov

Tarix: 25 İyun 2023, 10:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin