BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda keçmiş arvadını və oğlunu öldürmək istəyənə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını və oğlunu öldürməyə cəhddə təqsirləndirilən Eldar Dadaşovun cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

 

Pravda.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Noyabrın 13-ü saat 11 radələrində paytaxtın Suraxanı rayonu ərazisində iki nəfər şəxsin odlu silahdan açılan atəşlə xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla 1955-ci il təvəllüdlü Eldar Dadaşovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürmələrinə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

 

Eldar Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 25 İyun 2023, 11:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin