BURADA REKLAMINIZ OLA
BİLƏR

Təcili tibbi yardım maşını ilə piyadanı vuraraq öldürən sərxoş sürücüyə AĞIR CƏZA

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağsuda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlkin Vəliyevin cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: 2022-ci il dekabrın 13-ü saat 21 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin sürücüsü İlkin Yusif oğlu Vəliyev idarə etdiyi xidməti avtomobillə piyadanı vurub. Nəticədə piyada, rayonun Qaraqaşlı kənd sakini Bəkirov Natiq İlyaz oğlu hadisə yerində ölüb.

 

İlkin araşdırmalar zamanı təcili tibbi yardım maşınının sürücüsünün hadisə vaxtı sərxoş halda olması müəyyən edilib.

 

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, İlkin Vəliyev cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 25 İyun 2023, 12:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin