BURADA REKLAMINIZ OLA
BİLƏR

Rövşən Binəqədili onu tənqid edənlərə: “Rusiya barədə meyxana yazmaq fikrim yoxdur, reklam “tutmaq” üçün edirlər...”

Meyxanaçı Rövşən Binəqədili bir neçə gündür, sosial şəbəkələrin gündəmindədir. Meyxanaçının Rusiyada baş verənlərlə də bağlı meyxana yazacağı iddia olunur. Sosial şəbəkə istifadəçilərinin tənqidinə tuş gələn Binəqədili yazdığı meyxanaların söz yığını olmasına, hər şeyə meyxana qoşduğuna görə linç edilir...

 

R.Binəqədili Pravda.az-a açıqlamasında haqqında səsləndirilənlərə belə cavab verib:

 

“Rusiya ilə bağlı meyxana yazmaq fikrim yoxdur, yalan xəbərdir. Vallah, nə bilim, yəqin, bunu reklam “tutmaq” üçün edirlər. Mən ancaq vətən mövzusunda meyxanalar yazıram. Başqa mövzuda yazmaq fikrim yoxdur...”

 

Aytəkin Qardaşova

Tarix: 25 İyun 2023, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin