BURADA REKLAMINIZ OLA
BİLƏR

Fövqəladə vəziyyət rejimi ilə bağlı qərar qəbul olundu

 

 

İspaniya Konqresi COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini mayın 10-na qədər uzatmaq haqqında hökumətin təklifini bəyənib.

 

Pravda.az-ın xəbərinə görə, iclasda 300-ə yaxın millət vəkili onlayn səs verib.

 

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət müddəti üçüncü dəfə uzadılıb.

 

İspaniya koronavirusdan ən çox zərər çəkmiş ölkələrdən biridir. İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 208 389 yoluxma, 21 717 ölüm halı qeydə alınıb, 85 915 xəstə sağalıb.

Tarix: 23 Aprel 2020, 00:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin