BURADA REKLAMINIZ OLA
BİLƏR

Ülvi Quliyevin yaxınlarına məxsus olduğu iddia edilən şirkət məhkəməyə verildi

Vətəndaş Eyyubov Vaqif Sərdar oğlu "Dönüş-1" MMC-ni məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, vətəndaş müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Mehparə Əhmədovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Şirkətin deputat Ülvi Quliyevin qohumlarına məxsus olduğu iddia edilir. "Dönüş-1" MMC-nin qanuni təmsilçisi İlkin Quliyevdir. Ü.Quliyev mətbuata açıqlamalarında heç bir biznesinin olmadığını bildirib.

 

Kamal Məmmədov

Tarix: 28 İyun 2023, 10:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin