BURADA REKLAMINIZ OLA
BİLƏR

Cümə namazları qadağan olunur

Qətər dövlətində koronavirusun yayılmasının qarşısını almaq və ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Ramazan ayı boyunca məscidlər bağlanacaq və cümə namazları qadağan olunacaq.

Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı ölkənin Vəqflər və İslam İşlər Nazirliyi qəbul edib.

Qeyd olunub ki, məscid minarələrindən azanın verilməsi davam edəcək.

Yalnız İmam Məhəmməd bin Abdel Vahhab məscidində cümə namazları 40 nəfərin iştirakı ilə qılınacaq.

Qətər Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə 7,1 mindən çox insan koronavirusa yoluxub, 10 nəfər ölüb.

Tarix: 23 Aprel 2020, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin