BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabadda qəzaya düşən traktor şirkətə məxsus imiş

Sabirabadda qəzaya düşən traktor şirkətə məxsus imiş.


Pravda.az-ın əldə etdiyi məlumata görə, 25 iyun 2023-cü il tarixdə, saat 23 radələrində Sabirabad-Həşimxanlı-Qaragüney avtomobil yolunun Bulduq kəndi ərazisindən keçən hissəsində sürücü, həmin kənd sakini, 1977-ci il təvəllüdlü Musayev Ramin İsmət oğlu idarə etdiyi “VAZ-2103” markalı avtomobil ilə Qaragüney kəndi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan sürücü, 1958-ci il təvəllüdlü Rzayev Məmmədhüseyn Ağamirzə oğlunun idarə etdiyi “MKT İK” MMC-yə məxsus 54-K-340 dövlət qeydiyyat nişanlı traktor ilə toqquşub.


Nəticədə “VAZ-2103” markalı avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Əliyev Tural Vahid oğlu almış olduğu açıq ağır kəllə beyin travması diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və o, 28 iyun 2023-cü il tarixdə gecə saat 01:00-da almış olduğu xəsarətlərdən həmin xəstəxanada ölüb.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.


Kamal Məmmədov 
Tarix: 29 İyun 2023, 10:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin