BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

Bakıda dəhşətli qəza ilə bağlı cinayət işi açılıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 27-si saat 21 radələrində paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində qeydə alınıb.


Belə ki, Axundov Əhməd Qulamhüseyn oğlu idarə etdiyi “Kia Rio” markalı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın maneəyə çırpılıb. Nəticədə Əhməd Axundov ölüb, avtomobildə olan sərnişinlər - Əliyeva Həliməxatun Gülağa qızı, Qənbərova Səbuhə Arif qızı, Qasımov Murad Abil oğlu, Əliyev İlqar Həbib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.


Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

 

Kamal Məmmədov 

Tarix: 29 İyun 2023, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin