"Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarından əvvəl, ya da sonra ermənilər həmişə təxribat törədir, atəşkəsi pozurlar. Son törədilən təxribat da həmin silsilə təxribatlardan biridir. Bu, 30 ildə də belə olub, indi də eyni formada davam edir. Çünki ermənilər sülh müqaviləsi bağlamaq istəmirlər. Aparılan danışıqlar, platformalar dəyişir, getdikcə ermənilərin sülh müqaviləsini monipulyasiyaetmə imkanları daralır. Belə olan halda atəşkəsi pozurlar. Atəşkəsin pozulma coğrafiyası da genişdir - şərti sərhəddən tutmuş, Naxçıvanla Ermənistan sərhədi, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonası... Hədəf isə taktiki deyil, məhz siyasidir. Sülh danışıqları zamanı müəyyən gərginlik yaratmaqla danışıqlara təzyiq göstərmək istəyirlər".
Bu sözləri Pravda.az-a müsahibəsində ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Polkovnik bildirib ki, atəş səsi eşidilirsə, vəziyyət gərgindirsə, əlbəttə, sülh danışıqları zamanı birinci planda məhz gərginliyin aradan qaldırılması mexanizmləri razılaşdırılır: "Bundan sonra sülhlə bağlı məsələlərə keçmək olar. Çünki atəşkəs pozulduğu halda danışıqlar aparmaq məntiqsizdir. Sülh müqaviləsindən qaçmaq, sülhü ləngitmək üçün yeganə vasitə məhz atəşkəsi pozmaqdır, ermənilər də bunu siyasi hədəf seçərək vəziyyəti gərginləşdirirlər. Azərbaycan Ordusunun bölmələri həmişə olduğu kimi əməliyyat şəraitini daim nəzarətdə saxlayır, adekvat cavab verir, düşməni itkiyə məruz qoyur, döyüş tapşırığını layiqincə yerinə yetirir. Azərbaycan Ordusunun qarşısında qoyulan döyüş tapşırığı məhz yerlərdə tutduğu mövqeləri müdafiə etmək, düşmənin hər hansı təxribatına adekvat cavab vermək, atəşkəs pozulan nöqtələri susdurmaqdan ibarətdir. Çoxları anti-terror əməliyyatının keçirilməsi barədə danışırlar. Deyərdim ki, bu da bir anti-terror əməliyyatına aid olan tapşırıqdır. Çünki qanunsuz silahlılar bütün dünyada terrorçu kimi tanınır. Belə olan halda, Azərbaycan Ordusunun terrorçulara adekvat cavab verməsi, onların atəş nöqtələrinin susdurulması anti-terror əməliyyatının bir hissəsidir. Təbii ki, bununla bağlı Ermənistana müəyyən təzyiqləri də görürük. Rus sülhməramlılarının məqsədi də gərginlik fonundan istifadə edərək məhz öz sülhməramlı missiyalarının vaxtını uzatmaqdır. Çünki artıq vaxtlarına az qalıb. Demək olar, bilirik ki, Azərbaycan tərəfi bununla bağlı hansı qərarları verəcək".
Ş.Ramaldanovun sözlərinə görə, digər qüvvələr də sərhəddə vəziyyəti gərgin saxlamaqda maraqlıdırlar: "Rusiyaya qarşı olan ölkələrin maraqları burada toqquşursa, deməli, gərginliyi saxlamaqda da maraqlari üst-üstə düşür. Düşünürəm, gərginlik hələ də davam edəcək - ortaya ciddi bir sənəd çıxmayana, sülh müqaviləsi zamanı hər iki tərəf müəyyən öhdəliklər götürməyənə qədər. Əlbəttə, bu öhdəliklər sülhün qorunması ilə bağlıdır. Bu səbəbdən son baş verənlərdə təəccüblü heç nə yoxdur. Sülhə yaxın olduqca sülhdən yayınmaq, sülh müqaviləsinin bağlanmasını, Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesləri ləngitmək istəyən müəyyən qüvvələrin müqavimətinin çoxaldığını hiss edəcəyik. Müqavimətin çoxalması, əlbəttə, vəziyyəti gərginləşdirəcək. Azərbaycan Ordusunun - Dövlət Sərhəd Xidmətinin hərbçiləri qarşılarına qoyulan tapşırıqları uğurla yerinə yetirir. Azərbaycan ərazisində yerləşən terrorçuların, qanunsuz silahlıların bütün hədəfləri hədəfə alınıb. Əgər başqa bir əmr də olsa, anti-terror əməliyyatı mövqelərindən çıxıb, daha da geniş forma hədəflənsə, Azərbaycan Ordusu o tapşırığı da - Müzəffər Ali Baş Komandanın əmrini uğurla yerinə yetirməyə qadirdir. Bir əsgərimiz yaralanıb, amma qarşılığında beş separatçı zərərsizləşdirilib. Bundan sonra da belə olacaq. Çünki ortada hələ ki ciddi bir sənəd yoxdur. Azərbaycanı hansısa addım atmağa vadar edən qüvvələr də az deyil. Əlbəttə, bu, Rusiyanın da marağındadır. Rusiyanın hiyləgərliyini bilirik. Yaxın tarixə fikir versək, qonşu Gürcüstanda anti-terror əməliyyatı aparmağa vadar edərək, sonra həmin əməliyyatı dayandırıb. Gürcüstanda separatçılar tərəfindən referendum keçirilməsi, Rusiyaya birləşməsi ilə bağlı qərar verilməsinin də şahidi olmuşuq. Ukraynada da müəyyən ərazilərin Rusiyaya birləşdiyini gördük. Düşünürəm, bəlkə də, belə bir ssenari Azərbaycan üçün də hazırlanıb. İstəyirlər ki, Azərbaycan hansısa addımlar atsın. Düşünsək ki, Qarabağdakı separatçılarla, ermənilərlə referendum keçirmək məcburiyyətində qalsalar, Azərbaycanı hansı nəticələr gözləyir? Bu nəticədən ruslar hansı formada istifadə edəcəklər? Cənab Prezident İlham Əliyevin dediyi kimi: nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm... Düşünürəm, Azərbaycan tərəfindən hər hansı addım atılarsa, bu, düşünülmüş, hər cəhətdən ölçülüb-biçilmiş bir addım olacaq. Azərbaycan bütün riskləri nəzərə alaraq qələbə ilə sonlanacaq bir qərar alacaq. Üçtərəfli bəyannaməyə əsasən, rus sülhməramlılarının hələ də Azərbaycanda qalma müddəti bitməyib. Bütün tərəflər kimi Azərbaycan da bununla bağlı öhdəlik götürüb. Azərbaycan aktiv anti-terror əməliyyatı ilə bağlı hər hansı addım atsa da, düşünürəm, bu, yenə də Rusiya ilə müəyyən qədər razılaşdırılmış şəkildə olacaq. Məqam yaranarsa, Azərbaycan Prezidenti Ali Baş Komandan olaraq bu əmri verəcək. Hələ ki Azərbaycan Ordusu və Dövlət Sərhəd Xidmətinin hərbçiləri bütün əməliyyat şəraitini nəzarət altında saxlayırlar. İstənilən təxribata, atəşkəsin pozulmasına qarşı adekvat addım atılır, bundan sonra da atılacaq".
Aytəkin Qardaşova
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
Ən son xəbərləri səhifəmizdən də izləyin