BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sosial şəbəkələrdən 95% səviyyəsiz, axmaq adamlar çıxır” deyən yazıçı tənqidlərə cavab verdi: “Yorulmadılar?”

Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə 2022-ci ildə mətbuata verdiyi müsahibəsində səsləndirdiyi “sosial şəbəkələr kütlədən ibarətdir, oradan 95% səviyyəsiz, axmaq adam çıxır” fikirlərinin gündəmə gətirilməsinə, tənqid olunmasına münasibət bildirib.

 

N.Rəsulzadə Pravda.az-a açıqlamasında haqqında səsləndirilənləri qısa şərh etmək istədiyini deyib: “Yorulmadılar? Tərifləyən tərifləyir, söyən söyür. 30-40 il əvvəl belə şey yox idi. Sosial şəbəkələr bunun üçün yaranıb ki, mətbuata əli çatmayan insanlar ağızlarına gələni orada yazsınlar, vəssalam. Şərhsiz...”

 

Xatırlatma: N.Rəsulzadə sözügedən müsahibəni ötən il "Yenisabah.az" saytına verib.

 

Aytəkin Qardaşova

Tarix: 30 İyun 2023, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin