BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ailə Park" məhkəməyə verildi

"Brand Media Groups” MMC-nin "Ailə Park" QSC-yə qarşı məhkəmə çəkişməsi davam edir.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC bu dəfə Ali Məhkəməyə üz tutub.

 

Belə ki, "Brand Media Groups” şirkəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim İlqar Dadaşovun sədirliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 1 İyul 2023, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin