BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev Azərbaycan Polisini təbrik etdi

Milli Məclis sədrinin müavini Adil Əliyev sosial şəbəkə hesabında 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə paylaşım edib.

 

Pravda.az həmin paylaşımı təqdim edir:

 

"2 iyul ölkəmizdə Azərbaycan Polisinin peşə bayramı günü olaraq qeyd edilir. Məhz bu gün polis orqanlarının yaranmasından 105 il keçir. Azərbaycan Polisi ictimai asayişin və ictimai qaydanın qorunmasında, cinayətkarlığa qarşı mübarizədə ardıcıl və sistemli tədbirlər görür. Polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzu edirəm".

Tarix: 2 İyul 2023, 18:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin