BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şirkətin 100 minə yaxın pulu mənimsənildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Qafar Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini qismən təmin edib, Qafar Qafarovun cəzası 5 il 6 aya qədər azaldılıb.

 

İttihama görə, Qafar Qafarov 2020-ci illərdə "Buta Traidinq” MMC-nin Neftçala rayonu üzrə satış mütəxəssisi vəzifəsində çalışıb. O, işlədiyi müddət ərzində şirkətin 99 636 manat pulunu mənimsəyərək ələ keçirib.

 

Kamal Məmmədov

Tarix: 3 İyul 2023, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin