BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını baltalayaraq öldürmək istəyən şəxsə cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda tanışını öldürməyə cəhddə təqsirləndirilən Çingiz Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü dəyişdirilib və cəzası 11 il 3 aya endirilib.

 

Qeyd: Hadisə 27 aprel 2022-ci il tarixdə, saat 19 radələrində Cəlilabad rayonu, Qarazəncir kəndində qeydə alınıb.

 

Belə ki, 40 yaşlı Ç.Bayramov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı balta ilə 1988-ci il təvəllüdlü Cəmil Bayramova baş və kürək nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.

 

Ç.Bayramova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 3 İyul 2023, 09:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin